Niderlandın İrandakı səfiri: Bizi ölkənizdə qəbul etdiyiniz üçün təşəkkür edirik
İrandan təxliyə olunaraq Azərbaycan ərazisinə keçən Niderland Krallığının bu ölkədəki səfiri Emiel de Bont jurnalistlərə müsahibəsində təhlükəsizlik tədbirlərinə və göstərilən dəstəyə görə minnətdarlığını bildirib.
1news.az AZƏRTAC-a istinadən xəbər verir ki, səfir açıqlamasında deyib: “Bizi ölkənizdə qəbul etdiyiniz və təhlükəsizliyimizi təmin etdiyiniz üçün çox təşəkkür edirik. Çox minnətdarıq”.
“Təəssüf ki, təhlükəsizlik vəziyyətinə görə biz Tehrandakı fəaliyyətimizi və əməliyyatlarımızı müvəqqəti olaraq dayandırmaq qərarı verdik və təhlükəsizlik səbəbilə səfirliyimizi buradan köçürürük. Vəziyyət daha sakit olduqda tezliklə yenidən Tehrana qayıtmağa ümid edirik”, - deyə o əlavə edib.
80












