Samuxda qadın bıçaqlanıb, oğlu saxlanılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Samuxda qadın bıçaqlanıb, oğlu saxlanılıb

14:44 - Bu gün
Samuxda qadın bıçaqlanıb, oğlu saxlanılıb

Samuxda qadın bıçaqlanıb.

1news.az-ın "Report"a istinadən məlumatına görə, hadisə Əhmədbəyli kəndində qeydə alınıb.

Belə ki, 1980-ci il təvəllüdlü E.Ələkbərova ailə münaqişəsi zəminində bıçaq xəsarəti alıb.

Zərərçəkən xəstəxanaya yerləşdirilib. Onun vəziyyəti orta-ağır qiymətləndirilir.

Hadisəni törətməkdə isə E.Ələkbərovanın oğlu, 2005-ci il təvəllüdlü R.Ələkbərov şübhəli bilinir. O, polis əməkdaşları tərəfindən saxlanılıb.

Hadisənin səbəbi hələ məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Paylaş:
83

Son xəbərlər

Bütün xəbərlər