Müctəba Xameneinin ayaqları amputasiya edilib?
İranın yeni dini lideri Müctəba Xameneinin vəziyyəti ilə bağlı müxtəlif mənbələr ziddiyyətli məlumatlar yayır.
1news.az xəbər verir ki, ABŞ-ın “Breitbart News”, Böyük Britaniyanın “Daily Mail” və İsrailin “The Israel Times” nəşrləri Xameneinin ağır yaralandığını iddia edib.
Məlumata görə, İranın “Tasnim News Agency” agentliyi də onun yaralanması ilə bağlı xəbərləri təsdiqləyib. Bəzi mənbələr isə Müctəba Xameneinin ayaqlarının amputasiya edildiyini iddia edir.
Eyni zamanda, İran dövlət televiziyası onu “qazi” – yəni düşmən tərəfindən yaralanmış şəxs kimi təqdim edib. İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) isə yaydığı bəyanatda onun yanında olduqlarını bildirərək “Ali Liderin əmrlərini tam şəkildə yerinə yetirməyə hazır olduqlarını” açıqlayıb.











