1news.az: media məkanında 19 il | 1news.az | Xəbərlər
Cəmiyyət

1news.az: media məkanında 19 il

09:19 - Bu gün
1news.az: media məkanında 19 il

1news.az xəbər portalının fəaliyyətə başlamasının 19 ili tamam olur.

Sayt, fəaliyyəti ərzində ölkədə və dünyada baş verən əsas hadisələri operativ şəkildə işıqlandıraraq Azərbaycanın tanınmış onlayn xəbər platformalarından birinə çevrilib.

Yarandığı gündən 1news.az siyasət, cəmiyyət, iqtisadiyyat, mədəniyyət, idman və beynəlxalq gündəmlə bağlı xəbərləri mütəmadi olaraq təqdim edir. Portal eyni zamanda analitik materiallar, müsahibələr, köşə yazıları və videoreportajlar dərc edərək oxuculara hadisələrə daha geniş baxış imkanı yaradır.

İllər ərzində 1news.az redaksiyasında peşəkar jurnalist və ekspertlərdən ibarət güclü komanda formalaşıb. Məzmun müxtəlifliyi sayəsində sayt həm Azərbaycanda, həm də ölkə hüdudlarından kənarda geniş oxucu auditoriyası qazanıb.

Bu gün portal inkişafını davam etdirir, informasiyanın təqdimatında yeni formatlar tətbiq edir və oxucular üçün rəqəmsal imkanlarını genişləndirir.

Artıq 19 ildir bizimlə olduğunuz üçün təşəkkür edirik!

Bizi sosial şəbəkələrdə izləyin:

1news.az Facebookda: www.1NEWS.az1news.az Azərbaycanca

1news.az Instagramda

1news.az Telegramda

1news.az WhatsAppda

Paylaş:
108

Son xəbərlər

Bütün xəbərlər