Gəncədə evdə qaz sızması nəticəsində partlayış olub | 1news.az | Xəbərlər
Cəmiyyət

Gəncədə evdə qaz sızması nəticəsində partlayış olub

13:44 - Bu gün
Gəncədə evdə qaz sızması nəticəsində partlayış olub

Gəncədə evdə qaz sızması nəticəsində partlayış olub, xəsarət alan var.

1news.az-ın APA-ya istinadən xəbərinə görə, hadisə şəhər ərazisində qeydə alınıb.

Məlumata görə, şəhər sakini 1965-ci il təvəllüdlü M.Yolçuyevin yaşadığı evdə partlayış nəticəsində yanıq xəsarət alıb. O, xəstəxanaya yerləşdirilib, hazırda vəziyyətinin orta ağır olduğu bildirilir.

Hadisə yerinə adiyyatı qurumların əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.

Paylaş:
72

Son xəbərlər

Bütün xəbərlər