Ötən gün Bakıdan bölgələrə daşınan sərnişinlərin sayı açıqlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Ötən gün Bakıdan bölgələrə daşınan sərnişinlərin sayı açıqlanıb

15:03 - Bu gün
Ötən gün Bakıdan bölgələrə daşınan sərnişinlərin sayı açıqlanıb

Martın 20-də Bakıdan bölgələrə 370 reyslə 13 703 sərnişin daşınıb.

Bu barədə 1news.az-a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.

Sərnişindaşımada fasiləsizliyi təmin etmək və sərnişin tələbatını qarşılamaq üçün əlavə olaraq 150 reys həyata keçirilib.

Sərnişinlərin 60 %-i biletlərini onlayn qaydada "biletim.az" portalından əldə edərək səfərlərini reallaşdırıb.

"Vətəndaşlara daha rahat və təhlükəsiz qaydada mənzil başına çatmaq üçün biletləri onlayn qaydada "biletim.az" portalı vasitəsilə əldə etmələri tövsiyə olunur", - deyə AYNA bəyan edib.

Paylaş:
93

Son xəbərlər

Bütün xəbərlər