Bakı DYP-dən hərəkət iştirakçılarına çağırış: yağışlı havada ehtiyatlı olun | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakı DYP-dən hərəkət iştirakçılarına çağırış: yağışlı havada ehtiyatlı olun

Qafar Ağayev08:55 - Bu gün
Bakı DYP-dən hərəkət iştirakçılarına çağırış: yağışlı havada ehtiyatlı olun

Yağışlı hava şəraiti yollarda qəza riskini artırır.

1news.az xəbər verir ki, Bakı Şəhər DYP İdarəsi bununla bağlı hərəkət iştirakçılarına müraciət edib.

Bildirilib ki, yağışlı hava şəraiti yol hərəkəti üçün əlverişsiz mühit yaradır, yol örtüyünün sürüşkən olması və görmə məsafəsinin məhdudlaşması sürücülərdən daha çox diqqət və məsuliyyət tələb edir.

Qeyd olunub ki, belə hava şəraitində sürücülər xüsusilə ehtiyatlı olmalı, sürət həddini minimuma endirməli, ara məsafəsini normadan artıq saxlamalı, avtomobilin şüşəsilən və işıq cihazlarının saz vəziyyətdə olmasına diqqət yetirməlidirlər.

Müraciətdə o da vurğulanıb ki, əlverişsiz hava şəraiti piyadalar üçün də əlavə çətinliklər yaradır. Bu səbəbdən piyadalar daha diqqətli olmalı, səki ilə hərəkət etməli, yolu yalnız piyada keçidlərindən keçməli və açıq rəngli, asan görünən geyimlərə üstünlük verməlidirlər.

Həmçinin bildirilib ki, piyadalar yolu keçərkən avtomobilin olmadığından və ya bütün zolaqlar üzrə nəqliyyat vasitələrinin tam dayandığından əmin olduqdan sonra hərəkət etməlidirlər.

Paylaş:
100

Son xəbərlər

Bütün xəbərlər