Tarixdə bu gün – 6 aprel nə günüdür? | 1news.az | Xəbərlər
Cəmiyyət

Tarixdə bu gün – 6 aprel nə günüdür?

Oksana Orucova10:07 - Bu gün
Tarixdə bu gün – 6 aprel nə günüdür?

Hər bir gün tarixdə müxtəlif hadisələrlə yadda qalır.

1news.az 6 aprel tarixində baş vermiş hadisələri təqdim edir:

- 6 aprel 1326-cı ildə Osmanlı dövlətinin ikinci padşahı Orxan Qazi Bursanı fəth edib.
- 1453-cü il 6 aprel tarixində 2-ci Mehmet Konstantinapolu mühasirəyə alıb. Şəhər mayın 29-na tam alınır və Konstantinopolun adı dəyişdirilərək İstanbul adlandırılıb.
- 6 aprel Qərb intibah dövrünün dahi rəssamı Rafael Santinin doğum və ölüm günüdür - 1483 - 1520.
- 1620-ci ilin bu günündən Səfəvi dövləti ilə Rusiya arasında ticarət əlaqələri yaranıb.
- 1814-cü il 6 aprel tarixində Fransa imperatoru Napoleon Bonapart (I Napoleon) taxt-tacdan əl çəkməsi barədə qərara imza atıb.
- 1896 6 aprel — 1-ci Yay Olimpia Oyunları Afinada keçirilib.
- 6 aprel Beynəlxalq Cizgi Filmləri Günüdür. 1906-cı ilin aprelin 6-da Con Stuart Blekton və Albert Smit Amerikanın kinoteatr birliyi ilə Vitage təsisçiləri ilk cizgi filmləri “Gülməli üzlərin gülməli mərhələləri” adlı film çəkmişdir.
- 6 aprel 1909-cu ildə amerikalı tədqiqatçılar - Robert Piri köməkçisi Metyu Henson və dörd nəfər Şimal Qütbünə ayaq basan ilk insanlar olaraq tarixə düşüb.
- 1917 6 aprel – ABŞ rəsmi olaraq I Dünya Müharibəsinə qoşulub.
- 1920-ci ilin 6 apreli Türkiyə beynəlxalq informasiya agentliyi olan “Anadolu Ajansı”nın yaradıldığı gündür.
- 1994-cü il 6 aprel tarixində Ruanda səmasında Ruanda və Burundi prezidentlərini aparan təyyarənin raketlə vurulması nəticəsində təyyarədəki 10 nəfərin hamısı həlak olub.
- 1995 6 aprel — Azərbaycan və Panama arasında diplomatik əlaqələr qurulub.
- 1998-ci il 6 aprel tarixində Rusiyanın Riqadakı səfirliyində partlayış baş verib.
- Ümumdünya Səhiyyə Təşkilatı 2002-ci ildə 54-cü Ümumdünya Səhiyyə Assambleyasında 6 aprel tarixini Ümumdünya Fiziki Aktivlik Günü kimi qeyd olunmasını elan edib.
- 2009 6 aprel — İtaliyanın Akvila şəhərində zəlzələ baş verib.
Qeyd edək ki, bəzi ölkələrdə 6 aprel idman və ya inkişaf günü kimi qeyd olunur.

Paylaş:
79

Son xəbərlər

Bütün xəbərlər