Azərbaycan Ermənistandan hansı məhsulu idxal edib? - DGK aydınlıq gətirdi
Xəbər verdiyimiz kimi Dövlət Gömrük Komitəsinin mart üzrə açıqladığı hesabatda Ermənistandan 960 dollar dəyərində idxal olunduğu qeyd olunmuşdur.
Burada maraqlı olan məqam isə Azərbaycanın Ermənistandan hansı məhsulu idxal etməsi olub.
Dövlət Gömrük Komtitəsindən 1news.az-ın sorğusuna cavab olaraq bildirilib ki, cari ilin mart ayında Niderland Krallığından 960 ABŞ dollar dəyərində qızıl gül idxal edilib.
“Xarici ticarətin gömrük statistikasının nəşr olunması Qaydası”nın 3.3-cü bəndinə əsasən idxalda malın mənşə ölkəsi tərəfdaş ölkə hesab edildiyindən sözügedən qızıl güllər xarici ticarətin gömrük statistikasında Ermənistandan idxal edilən mallar kimi öz əksini tapıb.
173












