Azad olunmuş ərazilərdə çəkiləcək avtomobil yolunun uzunluğu açıqlandı
Azərbaycanın azad edilmiş ərazilərində ümumi uzunluğu 3 878,1 km olan 68 layihə üzrə tikinti işlərinin aparılması nəzərdə tutulur.
1news.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi(AAYDA) məlumat yayıb.
Bildirilib ki, hazırda azad edilmiş ərazilərdə ümumi uzunluğu 2 432,8 km olan 38 layihə üzrə tikinti işləri davam etdirilir:
"Ümumi uzunluğu 71,2 km olan 48 tunelin tikintisi nəzərdə tutulur. Ümumi uzunluğu 13,6 km olan 7 tunelin tikintisi başa çatdırılıb. Ümumi uzunluğu 57,6 km olan 41 tunelin tikintisi isə davam etdirilir".
AAYDA-dan bildirilib ki, Qarabağ v ə Şərqi Zəngəzurda ümumi uzunluğu 9 581,6 metr olan 447 körpünün tikintisi nəzərdə tutulur: "Ümumi uzunluğu 8 839,1 metr olan 392 körpü artıq inşa edilib. Ümumi uzunluğu 3 871 metr olan 16 viadukun tikintisi nəzərdə tutulur. Ümumi uzunluğu 1 965 metr olan 9 viadukun tikintisi başa çatdırılıb".












