“Bu küçə adları dəyişdirilməlidir”
“Toponimiya siyasəti ölkəmizin digər ərazilərində də ardıcıl şəkildə davam etdirilməlidir”.
1news.az “Qafqazinfo”-ya istinadən xəbər verir ki, bunu deputat Vasif Qafarov Milli Məclisin Regional məsələlər komitəsinin bu gün keçirilən iclasında “Quba rayonunun bəzi ərazi vahidlərinin adlarının dəyişdirilməsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı bildirib.
“Bu gün bir çox şəhər və qəsəbələrimizdə, o cümlədən Bakıda və qəsəbələrində hələ də sovet dövründən qalan və dəyərlərimizə yad ideoloji məzmun daşıyan, milli kimliyimizlə uyğunlaşmayan küçə adları mövcuddur. Bu baxımdan xüsusilə bolşevik adlarını daşıyan küçələrin adlarının dəyişdirilməsi məsələsinə yenidən baxılmasını və həmin adların Azərbaycan tarixini, görkəmli şəxsiyyətlərini və milli dəyərlərini əks etdirən adlarla əvəz olunmasını məqsədəuyğun hesab edirəm. Hesab edirəm ki, bu yanaşma həm tarixi yaddaşımızın bərpasına, həm də gələcək nəsillərin milli ruhda formalaşmasına töhfə verəcək”, - deputat bildirib.












