İndoneziyada avtobusla tanker toqquşdu: 16 ölü, 4 yaralı | 1news.az | Xəbərlər
Dünya

İndoneziyada avtobusla tanker toqquşdu: 16 ölü, 4 yaralı

15:22 - Bu gün
İndoneziyada avtobusla tanker toqquşdu: 16 ölü, 4 yaralı

Sərnişin avtobusu ilə tanker arasında ağır yol qəzası baş verib.

1news.az xarici mətbuata istinadən xəbər verir ki, hadisə İndoneziyanın Sumatra adasında baş verib.

Hadisə nəticəsində 16 nəfər həyatını itirib, 4 nəfər yaralanıb.

Qəza Trans-Sumatra magistral yolunda qeydə alınıb. Yerli rəsmilərin məlumatına görə, ölənlər arasında avtobusdakı 14 sərnişin, həmçinin tankerin sürücüsü və köməkçisi var. Toqquşma zamanı nəqliyyat vasitələri ciddi zədələnib, yaralılar xilasedicilər tərəfindən çıxarılaraq xəstəxanaya çatdırılıb.

İlkin araşdırmalara əsasən, qəza öncəsi avtobusda yanğın baş verib və sürücü avtomobili yolun kənarına çəkməyə çalışarkən qarşıdan gələn tanker ilə toqquşub. Faktla bağlı araşdırmalar davam edir.

Paylaş:
24

Son xəbərlər

Bütün xəbərlər