Bakıda yola çıxan at polis əməkdaşları tərəfindən kənarlaşdırılıb - VİDEO
Heydər Əliyev Prospektində Böyükşor Bulvarı yaxınlığında yolun hərəkət hissəsində nəzarətsiz at görülüb.
Bununla bağlı sosial şəbəkələrdə görüntülər yayılıb.
1news.az-ın əldə etdiyi məlumata görə, hadisə mayın 6-da saat 08:04 radələrində baş verib. Kadrlardan göründüyü kimi, əraziyə çıxan at yol kənarında hərəkət edib, lakin sürücülərə maneə yaratmayıb.
Ərazidə xidmət aparan Yol Polis Xidmətinin (YPX) əməkdaşları dərhal müdaxilə edərək heyvanı nəzarətə götürüblər və yol hərəkətinin təhlükəsizliyini təmin ediblər.
Xatırldaq ki, belə hallarda heyvan sahibləri məsuliyyət daşıyır və müvafiq qaydada tədbir görülməsi vacib hesab olunur.
55












