Ararat Mirzoyan: Ermənistan və Azərbaycan arasında faktiki sülh formalaşıb
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Ermənistan və Azərbaycan arasında sülh sazişinin imzalanmamasına baxmayaraq, iki ölkə arasında faktiki sülhün artıq formalaşdığını bildirib.
1news.az xəbər verir ki, bu barədə “Armenpress” məlumat yayıb.
Mirzoyan “İrəvan dialoqu” beynəlxalq konfransı çərçivəsində keçirilən müzakirədə çıxışı zamanı qeyd edib ki, hazırda sərhəddə münaqişə və ölüm halları qeydə alınmır, bir ildən artıqdır ki, atışma nəticəsində itkilər yoxdur.
Onun sözlərinə görə, Azərbaycan Ermənistan ərazisindən tranzitlə daşınmalara tətbiq edilən məhdudiyyətləri aradan qaldırıb və bu, sülh istiqamətində mühüm addımdır.
Nazir həmçinin iki ölkə arasında məhdud həcmdə ticarət əlaqələrinin də başladığını, Ermənistanın Azərbaycandan neft məhsulları aldığını, müəyyən məhsulların isə Azərbaycan şirkətlərinə ixrac oluna biləcəyini bildirib.
"Bu real sülhün göstəricisi olsa da, bütün məsələlərin həll olunmayıb.
"Humanitar problemlərin, xüsusilə saxlanılan şəxslərlə bağlı məsələlərin hələ də açıq qalıb və iki xalq arasında hələ də həqiqi barışığa ehtiyac var"
Xatırldaq ki, Ermənistan və Azərbaycan 2025-ci il avqustun 8-də Vaşinqtonda sülh sazişini ilkin olaraq paraflayıb.












