Cinayət törətməkdə şübhəli bilinən 71 nəfər saxlanılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Cinayət törətməkdə şübhəli bilinən 71 nəfər saxlanılıb

Qafar Ağayev10:10 - Bu gün
Cinayət törətməkdə şübhəli bilinən 71 nəfər saxlanılıb

Daxili İşlər Nazirliyi ölkə ərazisində son sutka ərzində qeydə alınan cinayətlərlə bağlı statistik məlumatları açıqlayıb.

1news.az xəbər verir ki, DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə, aprelin 16-da ölkə üzrə qeydə alınan 70 cinayətin, eləcə də əvvəlki dövrlərdən bağlı qalan 19 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

Bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 114 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Onlardan 95-i borclu şəxs qismində axtarışda olanlardır.

Həmçinin narkotiklərlə əlaqəli 33 fakt, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı isə 11 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 71 nəfər saxlanılıb.

Paylaş:
99

Son xəbərlər

Bütün xəbərlər