Azərbaycan neftinin qiyməti 110 dollara yaxınlaşıb | 1news.az | Xəbərlər
İqtisadiyyat

Azərbaycan neftinin qiyməti 110 dollara yaxınlaşıb

11:27 - Bu gün
Azərbaycan neftinin qiyməti 110 dollara yaxınlaşıb

Dünya bazarında Azərbaycan neftinin qiyməti 4 dollardan çox artıb.

1news.az APA-ya istinadən xəbər verir ki, “Azeri Light” markalı Azərbaycan neftinin bir barelinin son qiyməti 4,43 ABŞ dolları və ya 4,2% artaraq 109,98 ABŞ dolları təşkil edib.

Əvvəlki ticarət sessiyasında “Azeri Light” nefti 105,55 ABŞ dollarından satılıb.

Qeyd edək ki, Azərbaycan neftinin qiyməti 2026-cı ilin dövlət büdcəsi üzrə 65 dollar müəyyən edilib.

Paylaş:
81

Son xəbərlər

Bütün xəbərlər