RİNN nümayəndəsi: Hazırda 1800-ə qədər avtobusda nağdsız ödəniş var
2022-ci ildə cəmi 1000 avtobusda nağdsız ödəniş var idisə, hazırda bu rəqəm 1800-ə çatır.
1news.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi, ADA Universiteti və WUF13 Azərbaycan Əməliyyat Şirkətinin birgə təşkilatçılığı ilə WUF13 tədbiri çərçivəsində media nümayəndələri üçün məlumatlandırma sessiyası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Nəqliyyat siyasəti şöbəsinin aparıcı məsləhətçisi Nərgiz Gülmalıyeva deyib.
O, bildirib ki, gedişhaqqının nağdsız ödənilməsinin xüsusi çəkisi ümumi sistemdə 85-ə faizə çataraq tam şəffaflıq əldə olunub.
88












