"Mançester Siti" "Çelsi"nin müdafiəçisi Malo Qyusto ilə maraqlanır
İngiltərənin "Mançester Siti" klubu Fransa millisinin futbolçusu Malo Qyusto ilə maraqlanır.
1news.az "Report"a istinadən xəbər verir ki, bu barədə "Lequipe" nəşri məlumat yayıb.
23 yaşlı sağ cinah müdafiəçisinin "Çelsi"dən ayrılacağı gözlənilir.
London təmsilçisi avrokuboklara vəsiqə qazana bilmədiyi üçün maliyyə sabitliyini təmin etmək məqsədilə bir neçə oyunçusunu satmalı olacaq. M.Qyusto da gedə biləcək futbolçular arasındadır.
"Mançester Siti" də onu heyətinə qatmaq niyyətindədir. "Şəhərlilər"də baş məşqçi Entso Mareskanın təyinatı müdafiəçinin transferinə müsbət təsir göstərə bilər.
Xatırladaq ki, Malo Qyusto 2023-cü ildən "Çelsi"də çıxış edir.
73












