Məleykə Abbaszadə: Xarici dilin buraxılış imtahanlarına salınması düzgün qərar olub | 1news.az | Xəbərlər
Cəmiyyət

Məleykə Abbaszadə: Xarici dilin buraxılış imtahanlarına salınması düzgün qərar olub

12:40 - Bu gün
Məleykə Abbaszadə: Xarici dilin buraxılış imtahanlarına salınması düzgün qərar olub

Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə 2012-ci ildə buraxılış imtahanlarının keçirilməsi ilə bağlı qəbul edilən qərardan danışıb.


1news.az xəbər verir ki, O bildirib ki, həmin ildən etibarən buraxılış imtahanlarının təşkili Dövlət İmtahan Mərkəzinə həvalə olunub və bu məsələ ətrafında geniş, eyni zamanda gərgin müzakirələr aparılıb.


M.Abbaszadə qeyd edib ki, buraxılış imtahanlarında əsas fənlər riyaziyyat və Azərbaycan dili olub. Üçüncü fənnin hansı olması ilə bağlı isə müxtəlif təkliflər irəli sürülüb.


Onun sözlərinə görə, həmin dövrdə təhsil naziri vəzifəsində çalışan Mikayıl Cabbarovun təkidi ilə xarici dil buraxılış imtahanı fənləri siyahısına daxil edilib.


“Mən açığını desəm, üçüncü fənnin xarici dil olmasının əleyhinə idim. Lakin zaman göstərdi ki, bu qərar doğru olub”, – deyə o əlavə edib.

Paylaş:
89

Son xəbərlər

Bütün xəbərlər