İndiyədək WUF13 üçün qeydiyyatdan keçən jurnalistlərin sayı açıqlanıb
İndiyədək 800-dən çox media nümayəndəsi WUF13 üçün qeydiyyatdan keçib.
1news.az xəbər verir ki, WUF13 Azərbaycan Əməliyyat Şirkətinin Məzmun və Media Əlaqələri üzrə Baş Meneceri Eldar Rəsulov deyib.
O, bildirib ki, qeydiyyatdan keçənlərin 240-a yaxını xarici media mümayəndəsidir.
Qeyd olunub ki, media üçün akkreditasiya mayın 15-nə qədər keçiriləcək.
Xatırladaq ki, 17–22 may 2026-cı il tarixlərində Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyası (WUF13) keçiriləcək.
105












