Ötən həftə azad olunmuş ərazilərdə aşkarlanın minaların sayı açıqlanıb
İşğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən icra olunan əməliyyatlar barədə həftəlik (20.04.2026 – 26.04.2026) məlumat açıqlanıb.
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən (ANAMA) 1news.az-a verilən məlumata görə, işğaldan azad edilmiş ərazilərdə 39 piyada əleyhinə mina, 23 tank əleyhinə mina, 621 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.
Bildirilib ki, 1593,1 hektar ərazi mina və PHS-lərdən təmizlənib.
127












