Ağdam şəhərində daha 92 ailəyə evlərinin açarları təqdim olunub - FOTO - YENİLƏNİB | 1news.az | Xəbərlər
Cəmiyyət

Ağdam şəhərində daha 92 ailəyə evlərinin açarları təqdim olunub - FOTO - YENİLƏNİB

15:18 - Bu gün
Ağdam şəhərində daha 92 ailəyə evlərinin açarları təqdim olunub - FOTO - YENİLƏNİB

Bu gün növbəti köç karvanı ilə Ağdam şəhərinə çatan ailələrə yeni mənzillərinin açarları təqdim olunub.

1news.az AZƏRTAC-a istinadən xəbər verir ki, 92 ailə olmaqla, 332 nəfər Ağdam sakini doğma yurduna qovuşub. Ağdama köç karvanı ilə qayıdanlar respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət olub.

Mərasimdə Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər.

Doğma yurda qayıdışın sevincini yaşayan Ağdam şəhəri sakinləri açarları təhvil alıb, yeni mənzillərində məskunlaşıblar.

***

08:57

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir.

Ağdam şəhərinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

1news.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu mərhələdə Ağdam şəhərinə 92 ailə - 332 nəfər köçürülüb.

Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.

Paylaş:
346

Son xəbərlər

Bütün xəbərlər