Xocalının və Ağdərəyə növbəti köç olub, yeni mənzillərin açarlar təqdim edilib - YENİLƏNİB | 1news.az | Xəbərlər
Cəmiyyət

Xocalının və Ağdərəyə növbəti köç olub, yeni mənzillərin açarlar təqdim edilib - YENİLƏNİB

14:33 - Bu gün
Xocalının və Ağdərəyə növbəti köç olub, yeni mənzillərin açarlar təqdim edilib - YENİLƏNİB

Aprelin 29-da Xocalı rayonunun 6, Ağdərənin isə 1 kəndinə növbəti köç olub.

1news.az APA-ya istinadən xəbər verir ki, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, köç prosesi çərçivəsində Xocalı rayonunun Xanabad kəndinə 46 nəfərdən ibarət 10 ailə, Badara kəndinə 59 nəfərdən ibarət 16 ailə, Xanyurdu kəndinə 25 nəfər (4 ailə), Seyidbəyli kəndinə 3 nəfər (1 ailə), Şuşakəndə 5 nəfər (1 ailə), Təzəbinə kəndinə 15 nəfər (3 ailə), Ağdərə rayonunun Aşağı Oratağ kəndinə isə 22 nəfərdən ibarət 6 ailə qayıdıb.

Ümumilikdə 175 nəfərdən ibarət 41 ailəyə Xocalıda yeni mənzillərinin açarları təqdim olunub.

Tədbirdə Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin müavini Səbuhi Qəhrəmanov və Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin direktor müavini Mahmud Əfəndiyev iştirak edib. S. Qəhrəmanov çıxışında sakinləri doğma torpaqlara qayıdış münasibətilə təbrik edərək, bölgədə aparılan genişmiqyaslı quruculuq, abadlıq və bərpa işləri barədə məlumat verib. Köçürülən sakinlər üçün bütün zəruri sosial infrastrukturun yaradıldığını, onların rahat yaşayışı üçün şəraitin təmin edildiyini bildirib.

13:01

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir. Aprelin 29-da növbəti köç karvanı Ağdamdan Xocalı rayonunun Badara, Xanabad, Təzəbinə və Xanyurdu kəndlərinə yola salınıb.

1news.az Trend-ə istinadən xəbər verir ki, köçürülənlər respublikanın müxtəlif yerlərində, əsasən, yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşan ailələrdir.

Bu mərhələdə Badara kəndinə 16 ailə - 59 nəfər, Xanabad kəndinə 10 ailə - 46 nəfər, Təzəbinə kəndinə 3 ailə - 15 nəfər, Xanyurdu kəndinə isə 4 ailə - 25 nəfər köçürülür.

Paylaş:
160

Son xəbərlər

Bütün xəbərlər