“Qarpız” yükündə narkotik keçirmək istədilər, gömrükçülər aşkarladı | 1news.az | Xəbərlər
Cəmiyyət

“Qarpız” yükündə narkotik keçirmək istədilər, gömrükçülər aşkarladı

Qafar Ağayev09:50 - 27 / 05 / 2026
“Qarpız” yükündə narkotik keçirmək istədilər, gömrükçülər aşkarladı

Balakən Gömrük İdarəsi əməkdaşlarının həyata keçirdikləri gömrük nəzarəti tədbirləri nəticəsində xüsusilə külli miqdarda narkotik vasitə - marixuana aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb.

Dövlət Gömrük Komitəsinin (DGK) mətbuat və ictimaiyyətlə əlaqələr idarəsindən 1news.az-a bildirilib ki, “Mazımqara” gömrük postunda İrandan Gürcüstana “qarpız” yükü aparan nəqliyyat vasitəsinə stasionar rentgen qurğusunda baxış keçirilib və yükdə şübhəli cizgilər müşahidə olunduğundan əsaslı yoxlamaya cəlb edilib.

Kinoloji xidmət itinin tətbiqi ilə aparılan yoxlama zamanı içərisində “qarpız” yükü olan qutuların alt hissəsində xüsusi üsullardan istifadə edilməklə gömrük nəzarətindən gizlədilən qablaşdırma ilə birgə ümumi çəkisi 110 kiloqram 300 qram xüsusilə külli miqdarda narkotik vasitə - marixuana aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Paylaş:
223

Son xəbərlər

60 yaşlı kişi kanalda batdı

18 / 06 / 2026, 17:28

Belarus Ukraynaya nota verib

18 / 06 / 2026, 16:41
Bütün xəbərlər