Səudiyyə Ərəbistanı Kralından İlham Əliyevə təbrik MƏKTUBU | 1news.az | Xəbərlər
Rəsmi

Səudiyyə Ərəbistanı Kralından İlham Əliyevə təbrik MƏKTUBU

15:58 - Bu gün
Səudiyyə Ərəbistanı Kralından İlham Əliyevə təbrik MƏKTUBU

İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Al Səuddan Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib.

1news.az xəbər verir ki, məktubda deyilir:

"Əs-səlamu əleykum və rəhmətullahi və bərəkətuhu.

Möhtərəm Prezident, əziz Qardaşım.

Ölkənizin Müstəqillik Günü münasibətilə Zati-alinizə ən səmimi təbriklərimi və ən xoş arzularımı çatdırıram.

Sizə cansağlığı və xoşbəxtlik, qardaş Azərbaycan Respublikasının Hökumətinə və xalqına daha da çox inkişaf və firavanlıq arzu edirəm.

Zati-alinizə hörmət və ehtiramla Qardaşınız,

Salman bin Əbdüləziz Al Səud

İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı".

Paylaş:
81

Son xəbərlər

Bütün xəbərlər