SAVALAN Muzey Kompleksinin restoranında baş vermiş yanğınla bağlı rəsmi açıqlama | 1news.az | Xəbərlər
Cəmiyyət

SAVALAN Muzey Kompleksinin restoranında baş vermiş yanğınla bağlı rəsmi açıqlama

16:08 - Bu gün
SAVALAN Muzey Kompleksinin restoranında baş vermiş yanğınla bağlı rəsmi açıqlama

20.05.2026-ci il tarixində, saat 20:30 radələrində SAVALAN Muzey kompleksinin restoranında yanğın hadisəsi baş vermişdir.

Yanğına Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidməti tərəfindən operativ müdaxilə olunmuş, yanğın söndürülmüş və ətraf ərazilərə yayılmasının qarşısı alınmışdır.

Xoşbəxtlikdən, hadisə zamanı insan tələfatı qeydə alınmamışdır. Muzeyin özü və eksponatları, o cümlədən dünyanın ən böyük palıd çəlləyi zərər görməmişdir.

Hazırda SAVALAN Şərabçılıq müəssisəsi istehsalat prosesini standart rejimdə davam etdirir. Şərab Muzeyi müvəqqəti olaraq fəaliyyətini dayandırsa da, şərab turları üzrə xidmətlər davam etməkdədir.

Baş vermiş hadisə ilə bağlı rəsmi açıqlama müəssisənin direktoru Əjdər Şəfizadə tərəfindən verilmişdir. Bildirilmişdir ki, vəziyyət tam nəzarət altındadır və müəssisə fəaliyyətini davam etdirir.

Paylaş:
128

Son xəbərlər

Bütün xəbərlər