Kuba dövlət başçısı Prezident İlham Əliyevi təbrik edib | 1news.az | Xəbərlər
Cəmiyyət

Kuba dövlət başçısı Prezident İlham Əliyevi təbrik edib

15:38 - 25 / 05 / 2026
Kuba dövlət başçısı Prezident İlham Əliyevi təbrik edib

Kuba Respublikasının Prezidenti Migel Dias-Kanel Bermudes Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

1news.az-ın məlumatına görə, mətndə deyilir:

"Zati-aliləri cənab Prezident.

Ölkənizin milli bayramı münasibətilə Sizə və dost Azərbaycan xalqına ən səmimi təbriklərimi çatdırıram.

İki ölkə arasında münasibətlərin daha da möhkəmləndirilməsi naminə fəaliyyətimizi davam etdirmək əzmimizi bir daha təsdiqləyirəm.

Sizə ən yüksək hörmət və ehtiramımı bildirirəm".

Paylaş:
313

Son xəbərlər

Bütün xəbərlər