Hazırda Bakıda bu küçələrdə sıxlıq var - SİYAHI
Hazırda Bakıda sıxlıq müşahidə olunan küçə və prospektlər açıqlanıb.
1news.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.
Hal-hazırda yollardakı vəziyyət:
1. Heydər Əliyev prospekti, əsas yol, mərkəz istiqamətində;
2. Heydər Əliyev prospekti, köməkçi yol, mərkəz istiqamətində;
3. Bakı-Sumqayıt şosesi, “Xırdalan” dairəsi istiqamətində;
4. Tbilisi prospekti, “20 Yanvar” metro stansiyasından mərkəz istiqamətində;
5. 8 Noyabr prospekti, Süleyman Əhmədov küçəsi ilə kəsişmədən Zığ şosesi istiqamətində;
6. Babək prospekti, mərkəz istiqamətində;
7. Dənizkənarı küçəsi, Bayraq Meydanının qarşısından “Azneft” dairəsi istiqamətində;
8. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən “20 Yanvar” metro stansiyası istiqamətində;
9. Ziya Bünyadov prospekti, Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən Atatürk prospekti ilə kəsişməyə qədər;
10. Yusif Səfərov küçəsi, Heydər Əliyev prospekti istiqamətində;
11. Koroğlu Rəhimov küçəsi, Ak. Həsən Əliyev küçəsi ilə kəsişmədən Heydər Əliyev prospekti istiqamətində;
12. Xətai prospekti, Heydər Əliyev prospekti istiqamətində;
13. Niyazi küçəsi, “Azneft” dairəsi istiqamətində sıxlıq müşahidə olunur

















