Moldovanın ölkəmizdəki səfirinin oğlu Şuşada Azərbaycan dilində mahnı ifa edib - VİDEO | 1news.az | Xəbərlər
Siyasət

Moldovanın ölkəmizdəki səfirinin oğlu Şuşada Azərbaycan dilində mahnı ifa edib - VİDEO

13:29 - Bu gün
Moldovanın ölkəmizdəki səfirinin oğlu Şuşada Azərbaycan dilində mahnı ifa edib - VİDEO

Moldovanın Azərbaycandakı səfiri Aleksandr Esaulenkonun oğlu Slava Şuşada Polad Bülbüloğlunun məşhur "Şən Azərbaycan" mahnısını ifa edib.

1news.az xəbər veirir ki, müvafiq paylaşımı Moldova səfiri "Facebook" sosial şəbəkəsində yerləşdirib.

İstedadlı gənc mahnını Şuşa qalasının fonunda Azərbaycan və rus dillərində ifa edib.

"Azərbaycan Respublikasını və Azərbaycan xalqını 28 May - Müstəqillik Günü münasibətilə təbrik edirəm! Oğlum bu mahnı ilə Azərbaycana olan hörmət və sevgisini ifadə edir", - diplomat videoya şərhində yazıb.

Qeyd edək ki, Slava Esaulenko Azərbaycan cəmiyyətinin mədəni həyatında fəal iştirak edir.

O, Bakı şəhərinin 20 nömrəli orta məktəbinin şagirdidir, eyni zamanda 16 nömrəli Musiqi Məktəbində təhsil alır. Slava dəfələrlə müxtəlif mədəni tədbirlərdə çıxış edib və tanınmış Azərbaycan bəstəkarlarının əsərlərini ifa edib.

Paylaş:
43

Son xəbərlər

Bütün xəbərlər