Azərbaycan Çinə başsağlığı verib | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycan Çinə başsağlığı verib

Qafar Ağayev10:55 - Bu gün
Azərbaycan Çinə başsağlığı verib

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Çinə başsağlığı verib.

1news.az xəbər verir ki, bu barədə XİN-in "X" hesabında paylaşım edilib.

"Çinin Şansi əyalətindəki kömür mədənində baş verən və çoxlu sayda insanın həyatını itirməsinə və yaralanmasına səbəb olan faciəvi partlayışdan dərindən kədərlənirik.

Həyatını itirənlərin ailələrinə və yaxınlarına dərin başsağlığı verir, yaralananların hamısına tezliklə və tam sağalma arzulayırıq.

Xilasetmə və bərpa işlərində çalışan səlahiyyətli orqanlarla və fövqəladə hallara müdaxilə qüvvələri ilə həmrəyliyimizi ifadə edir və bu faciədən zərər çəkən bütün insanların kədərini paylaşırıq", - XİN-in paylaşımında qeyd olunub.

Paylaş:
80

Son xəbərlər

Anar Əsədliyə hökm oxundu

22 / 05 / 2026, 17:28
Bütün xəbərlər