İordaniya Kralı İlham Əliyevə təbrik ünvanlayıb | 1news.az | Xəbərlər
Rəsmi

İordaniya Kralı İlham Əliyevə təbrik ünvanlayıb

13:06 - Bu gün
İordaniya Kralı İlham Əliyevə təbrik ünvanlayıb

İordaniyanın Kralı II Abdullah ibn Al Hüseyn Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb.

1news.az xəbər verir ki, təbrikdə deyilir:

“Zati-aliləri.

Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə İordaniya Haşimilər Krallığının xalqı və Hökuməti adından Zati-alinizə və böyük Azərbaycan xalqına səmimi təbriklərimizi çatdırıram.

Fürsətdən istifadə edərək, Zati-alinizə möhkəm cansağlığı və xoşbəxtlik, qardaş Azərbaycan xalqına isə davamlı tərəqqi və rifah arzulayıram”.

Paylaş:
38

Son xəbərlər

Bütün xəbərlər