Cəlilabadda canavarlar təsərrüfata hücum edib | 1news.az | Xəbərlər
Cəmiyyət

Cəlilabadda canavarlar təsərrüfata hücum edib

17:53 - 28 / 05 / 2026
Cəlilabadda canavarlar təsərrüfata hücum edib

Cəlilabad rayonu sakini Mahir Quliyevin təsərrüfatına hücum edən canavarlar 8 baş xırdabuynuzlu heyvanı parçalayıblar.

1news.az-ın "Report"a istinadən məlumatına görə, ümumilikdə son bir ayda rayonda 40-a yaxın xırdabuynuzlu heyvan canavarların hücumu nəticəsində tələf olub.

Zərər çəkmiş təsərrüfatlarda ümumi maddi ziyanın 50 min manata yaxın olduğu qeyd edilir.

Cəlilabad şəhər bələdiyyəsinin sədri Vahid Mirzəyev vəziyyətdən xəbərdar olduqlarını deyib. Onun sözlərinə görə, hazırda araşdırmalar aparılır və dəqiqləşdirmələr həyata keçirilir.

"Aidiyyəti qurumlarla birlikdə problemin aradan qaldırılması və sakinlərin təhlükəsizliyinin təmin olunması istiqamətində tədbirlərin görülməsi planlaşdırılır", – deyə sədr bildirib.

Paylaş:
267

Son xəbərlər

60 yaşlı kişi kanalda batdı

18 / 06 / 2026, 17:28

Belarus Ukraynaya nota verib

18 / 06 / 2026, 16:41
Bütün xəbərlər