Dövlət başçısı: İƏT-in ardıcıl dəstəyini daim hiss etmişik | 1news.az | Xəbərlər
Siyasət

Dövlət başçısı: İƏT-in ardıcıl dəstəyini daim hiss etmişik

First News Media11:20 - Bu gün
Dövlət başçısı: İƏT-in ardıcıl dəstəyini daim hiss etmişik

İƏT-in ardıcıl dəstəyini daim hiss etmişik.

1news.az AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev İslam Əməkdaşlıq Təşkilatının üzvü olan dövlətlərin Parlament İttifaqı Konfransının 20-ci Sessiyasının iştirakçılarına müraciətində bildirib.

Dövlətimizin başçısı vurğulayıb ki, İƏT Ermənistanın Azərbaycana qarşı 30 ilə yaxın davam edən təcavüzü zamanı və postmüharibə dövründə qətiyyətli mövqe nümayiş etdirərək, işğalı şiddətlə qınayan, Azərbaycanın haqq işini, suverenliyini və ərazi bütövlüyünü dəstəkləyən, azad olunmuş ərazilərimizdə bərpa və quruculuq işlərini alqışlayan qətnamələr və bəyanatlar qəbul edib.

“Ermənistanın Azərbaycana qarşı təcavüzünə dair İƏT çərçivəsində Təmas Qrupunun fəaliyyətini xüsusilə vurğulamaq istərdim. Biz qardaş ölkələrin bu münasibətini yüksək qiymətləndiririk”, - deyə Prezident İlham Əliyev əlavə edib.

Paylaş:
74

Son xəbərlər

Bütün xəbərlər