Bərdədə açıq ərazidə yanğın söndürüldü - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Bərdədə açıq ərazidə yanğın söndürüldü - VİDEO

First News Media15:08 - Bu gün
Bərdədə açıq ərazidə yanğın söndürüldü - VİDEO

Bərdə rayonunun Zümürxan kəndi ərazisində açıq sahədə yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən 1news.az-a verilən məlumata görə, FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Bərdə Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri hadisə yerinə cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində açıq ərazidə baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb. Yanğın nəticəsində 800 kv.m. quru ot və kol-kos yanıb. Ağaclar və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Paylaş:
59

Son xəbərlər

Bütün xəbərlər