Azərbaycanın Türkiyədəki səfiri təyin olunan Rəşad Aslanov kimdir? - DOSYE | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanın Türkiyədəki səfiri təyin olunan Rəşad Aslanov kimdir? - DOSYE

Qafar Ağayev14:02 - Bu gün
Azərbaycanın Türkiyədəki səfiri təyin olunan Rəşad Aslanov kimdir? - DOSYE

Xəbər verdiyimiz kimi Prezident İlham Əliyev Rəşad Aslanovun diplomatik fəaliyyətinə dair iki sərəncam imzalayıb.

Dövlət başçısının imzaladığı sərəncama əsasən, Rəşad Fəxrəddin oğlu Aslanov Azərbaycan Respublikasının İtaliya Respublikasında, eyni zamanda Malta Respublikasında və San Marino Respublikasında fövqəladə və səlahiyyətli səfiri, həmçinin Azərbaycan Respublikasının Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO), Ümumdünya Ərzaq Proqramı (WFP) və Kənd Təsərrüfatının İnkişafı üzrə Beynəlxalq Fond (IFAD) yanında daimi nümayəndəsi vəzifələrindən geri çağırılıb.

Prezidentin digər sərəncamı ilə Rəşad Aslanov Azərbaycan Respublikasının Türkiyə Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

1news.az Türkiyəyə səfir təyin edilən Rəşad Aslanov haqqında məlumatı təqdim edir:

Rəşad Fəxrəddin oğlu Aslanov 1977-ci ildə anadan olub.

Prezident İlham Əliyevin 7 iyul 2012-ci il tarixli sərəncamı ilə diplomatik xidmətdə səmərəli fəaliyyətinə görə "Diplomatik xidmətdə fərqlənməyə görə" medalı ilə təltif edilib.

Prezident İlham Əliyevin 6 sentyabr 2016-cı il tarixli sərəncamı ilə Azərbaycan Respublikasının Argentina Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin olunub.

Daha sonra Prezident İlham Əliyevin 27 oktyabr 2016-cı il tarixli sərəncamı ilə Azərbaycan Respublikasının Boliviya Çoxmillətli Dövlətində fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Prezident İlham Əliyevin 6 dekabr 2016-cı il tarixli sərəncamı ilə Azərbaycan Respublikasının Uruqvay Şərq Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsinə təyin olunub.

Prezident İlham Əliyevin 21 fevral 2017-ci il tarixli sərəncamı ilə Azərbaycan Respublikasının Paraqvay Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Daha sonra Prezident İlham Əliyevin 25 may 2017-ci il tarixli sərəncamı ilə Azərbaycan Respublikasının Çili Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin olunub.

Rəşad Aslanov 2016–2022-ci illərdə Argentina, Boliviya və Uruqvayda, 2017–2022-ci illərdə isə Paraqvay və Çilidə Azərbaycanın fövqəladə və səlahiyyətli səfiri kimi fəaliyyət göstərib.

Sonrakı dövrdə o, Azərbaycan Respublikasının İtaliya Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin olunub. Eyni zamanda Malta Respublikası və San Marino Respublikasında akkreditə olunmuş səfir, həmçinin Azərbaycan Respublikasının Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO), Ümumdünya Ərzaq Proqramı (WFP) və Kənd Təsərrüfatının İnkişafı üzrə Beynəlxalq Fond (IFAD) yanında daimi nümayəndəsi vəzifələrini icra edib.

Prezident İlham Əliyevin imzaladığı son sərəncamlarla Rəşad Aslanov qeyd olunan vəzifələrdən geri çağırılıb və Azərbaycan Respublikasının Türkiyə Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Paylaş:
156

Son xəbərlər

Bütün xəbərlər