Azərbaycanda metrologiya sahəsi üzrə yeni dövlət standartları qəbul edilib | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycanda metrologiya sahəsi üzrə yeni dövlət standartları qəbul edilib

First News Media14:22 - Bu gün
Azərbaycanda metrologiya sahəsi üzrə yeni dövlət standartları qəbul edilib

Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) metrologiya sahəsi üzrə 3 yeni dövlət standartı qəbul edib.

1news.az bu barədə Dövlət Agentliyinə istinadən xəbər verir.

Bildirilib ki, dövlət standartları sayğacların işləmə prinsiplərinə, təhlükəsizliyinə, istehsalına, sınaqlarına, həmçinin plastik məmulatların günəş şüalanmasının təsiri nəticəsində rəng, möhkəmlik və digər fiziki xüsusiyyətlərində baş verə biləcək dəyişikliklərin qiymətləndirilməsinə dair müvafiq tələbləri müəyyən edir.

"Yeni dövlət standartı layihələri AZSTAND tərəfindən "Azərbaycan Metrologiya İnstitutu" PHŞ-nin nəzdində təsis edilən "Metrologiya sahəsi" Standartlaşdırma üzrə Texniki Komitənin (AZSTAND/TK 47) təqdimatı əsasında qəbul olunub və Standartlaşdırma üzrə normativ sənədlərin Dövlət Fonduna daxil edilib", - məlumatda qeyd olunub.

Paylaş:
63

Son xəbərlər

Bütün xəbərlər