Ceyhun Bayramov: "TRIPP layihəsi üzrə fiziki işlərin 2026-cı ildə başlanması gözlənilir" | 1news.az | Xəbərlər
Siyasət

Ceyhun Bayramov: "TRIPP layihəsi üzrə fiziki işlərin 2026-cı ildə başlanması gözlənilir"

Ayşən Salehli14:11 - Bu gün
Ceyhun Bayramov: "TRIPP layihəsi üzrə fiziki işlərin 2026-cı ildə başlanması gözlənilir"

“Mən xüsusi olaraq TRIPP layihəsini və bunun bütün bölgə üçün əhəmiyyətini qeyd etmək istərdim”.


1news.az xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov İsveçrə Konfederasiyasının federal xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri İqnasio Kassislə birgə keçirdiyi mətbuat konfransında deyib.

“TRIPP layihəsi bu Zəngəzur dəhlizinin Ermənistana aid olan 42 kilometrlik hissəsinə aiddir. Bu, Amerika Birləşmiş Ştatları ilə Ermənistan arasında olan bir layihədir. Ancaq mütəmadi şəkildə Azərbaycan tərəfi Amerika Birləşmiş Ştatlarından olan həmkarlarına bu barədə məlumat verir, çünki bunun həm giriş, həm çıxış nöqtəsi Azərbaycan ərazisidir və yəni bu layihə işləyə bilməz.
Bizim gözləntimiz ondan ibarətdir ki, 2026-cı ildə artıq həmin o 42 kilometrlik ayrılan hissədə fiziki işlərə start verilsin ”.

Paylaş:
64

Son xəbərlər

Bütün xəbərlər