Azərbaycanın Böyük Britaniya ilə ticarət dövriyyəsi 5 dəfədən çox artıb
Bu ilin yanvar-iyun aylarında Azərbaycan və Böyük Britaniya arasında ticarət dövriyyəsinin dəyəri 3 milyard 621 milyon 991 min ABŞ dolları olub.
1news.az-ın Dövlət Gömrük Komitəsinə istinadən verdiyi məlumata görə, bu ötən ilin eyni dövrü ilə müqayisədə 2 milyard 960 milyon 781 min ABŞ dolları (5,4 dəfə) çoxdur.
Son 1 ildə Azərbaycanın Böyük Britaniyaya ixracının dəyəri 24 dəfə artaraq 3 milyard 475 milyon 261 min ABŞ dolları, bu ölkədən idxalının dəyəri isə 3,5 dəfə azalaraq 146 milyon 731 min ABŞ dolları təşkil edib.
Hesabat dövründə Böyük Britaniya ilə ticarət ümumi dövriyyənin 14,6 %-i qədər olub. O cümlədən, bu ölkəyə ixrac ümumi ixracın 21,2 %-ni, Böyük Britaniyadan idxal isə ümumi idxalın 1,7 %-ni təşkil edib.
6 ayda Azərbaycan xarici ölkələrlə 24 milyard 661 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu, illik müqayisədə 1,1 % çoxdur.
Xarici ticarət dövriyyəsinin 16 milyard 320 milyon ABŞ dolları ixracın, 8 milyard 341 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 26,7 % artıb, idxal isə 27,6 % azalıb.












