Prezident AZAL, ASCO və “Azərkosmos”la bağlı Fərman imzaladı | 1news.az | Xəbərlər
Rəsmi

Prezident AZAL, ASCO və “Azərkosmos”la bağlı Fərman imzaladı

First News Media13:53 - Bu gün
Prezident AZAL, ASCO və “Azərkosmos”la bağlı Fərman imzaladı

Prezident İlham Əliyev “Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin yaradılması və bununla əlaqədar bəzi məsələlərin həll edilməsi haqqında” Fərmanın icrası ilə əlaqədar bir sıra mühüm normativ aktlarda dəyişiklikləri təsdiqləyib.

1news.az xəbər verir ki, Fərmana əsasən, "Azərkosmos"un İdarə Heyəti sədrinin müavinlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi, həmçinin qurumun əməkhaqqı fondunun müəyyən edilməsi AZCON-la razılaşdırılacaq.

Bununla yanaşı, "Azərbaycan Hava Yolları" (AZAL) və "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" (ASCO) QSC-lərinin ümumi yığıncağının səlahiyyətlərinin, o cümlədən Müşahidə Şuralarının fəaliyyətinin tənzimlənməsi AZCON-a həvalə edilib.

Dövlət başçısının qərarı ilə hər iki böyük cəmiyyətin fəaliyyətinə cari rəhbərliyi artıq sədr və onun 6 müavinindən ibarət 7 nəfərlik İdarə Heyəti həyata keçirəcək.

Paylaş:
92

Son xəbərlər

Bütün xəbərlər