DİM “Magistr” jurnalının yeni nömrəsini nəşr etdi | 1news.az | Xəbərlər
Cəmiyyət

DİM “Magistr” jurnalının yeni nömrəsini nəşr etdi

First News Media11:17 - 20 / 07 / 2026
DİM “Magistr” jurnalının yeni nömrəsini nəşr etdi

Dövlət İmtahan Mərkəzi (DİM) “Magistr” jurnalının 4-cü nömrəsini nəşr edib.

DİM-dən 1news.az-a bildirilib ki, jurnalın bu nömrəsində 2026/2027-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin magistraturalarına qəbul üzrə ixtisaslaşma seçimi ilə bağlı elan dərc olunub.

Nəşrdə, həmçinin “Bakalavrın elektron ərizəsi”ndə ixtisaslaşmaların seçilməsi və təsdiqi qaydaları, müsabiqə şərtləri, ali təhsil müəssisələrinin magistraturalarına qəbul aparılan ixtisaslaşmalar üzrə ümumi qəbul planı və dövlət sifarişi əsasında qəbulun proqnozu yer alıb.

Qeyd edilib ki, həm Azərbaycan, həm də rus bölməsi üzrə qəbul elanı və qəbul planı vahid jurnalda Azərbaycan dilində təqdim olunub.

“Magistr” jurnalını DİM-in inzibati binasından, “Abituriyent” satış məntəqəsindən, eləcə də kitab mağazalarından əldə etmək mümkündür. Jurnalı, həmçinin abiturient.az saytı və Wolt tətbiqi vasitəsilə sifariş etmək olar.

“Magistr” jurnalının 4-cü nömrəsinin elektron versiyası (PDF formatında) də www.abiturient.az saytında yerləşdirilib.

Paylaş:
146

Son xəbərlər

DGK-də yeni təyinat olub

20 / 07 / 2026, 14:40
Bütün xəbərlər