İran Argentina Hərbi Dəniz və Hərbi Hava qüvvələrini terror təşkilatı elan edib

İran Argentina Hərbi Dəniz və Hərbi Hava qüvvələrini “terror təşkilatı” kimi tanıyıb.
1news.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda bildirilib.
Bəyanatda qeyd olunub ki, Argentina beynəlxalq hüququn fundamental prinsiplərinə zidd olaraq İranın rəsmi silahlı qüvvələrinin tərkib hissəsi olan İslam İnqilabı Keşikçiləri Korpusunu (SEPAH) “terror təşkilatı” kimi tanıyıb.
Buna cavab olaraq, qarşılıqlılıq prinsipi əsasında Argentina Hərbi Dəniz və Hərbi Hava qüvvələrinin “SEPAH-ın ABŞ tərəfindən terror təşkilatı elan edilməsinə qarşı qarşılıqlılıq haqqında qanun”a uyğun olaraq “terror təşkilatı” kimi tanınması qərara alınıb.
İran İngiltərə ilə bağlı da oxşar qərar qəbul etmişdi
Xatırladaq ki, İran bu ayın əvvəlində Böyük Britaniya Kral Hərbi Dəniz Qüvvələrini (Royal Navy) və Kral Hərbi Hava Qüvvələrini (Royal Air Force) “terror təşkilatı”, Britaniyanın xarici kəşfiyyat xidməti MI6-nı isə “düşmən qrup” elan etdiyini açıqlamışdı.












