ABŞ polisinin növbəti qəddarlığı: qoca kişini yıxıb keçdi – VİDEO | 1news.az | Xəbərlər
Dünya

ABŞ polisinin növbəti qəddarlığı: qoca kişini yıxıb keçdi – VİDEO

11:00 - 05 / 06 / 2020
ABŞ polisinin növbəti qəddarlığı: qoca kişini yıxıb keçdi – VİDEO

ABŞ-ın Nyu-York ştatının Buffalo şəhərində polisin 75 yaşlı kişini yerə yıxması nəticəsində onun başı yarılıb.

1news.az-ın life.ru-ya istinadla verdiyi xəbərə görə, hadisə Corc Floydun ölümünə etiraz olaraq keçirilən aksiyada baş verib.

Videoda bir polisin əli, digərinin isə dəyənəyi ilə onlara doğru gələn yaşlı kişini yıxdıqları əks olunub. Qoca yerə yıxılandan sonra onun başından qan axmağa başlayır. Kişinin ciddi xəsarət almasına baxmayaraq, polis zabitləri ona, demək olar ki, fikir verməyərək yanından keçib gedirlər. Videoda həmçinin bir polisin həkimləri çağırdığı görüntülənib.

Bildirilib ki, videodakı ağdərili yaşlı kişinin kimliyi bəlli deyil.

Xatırladaq ki, ABŞ-da iki həftədir ki, polis tərəfindən saxlanılarkən afroamerikalı Corc Floydun ölümü səbəbindən etirazlar səngimək bilmir. Əvvəlcə Minneapolis, sonra Vaşinqton və Nyu York da daxil olmaqla ölkənin digər şəhərlərinə aksiyalar geniş yayıldı, polislə qarşıdurmalara və talanlara çevrildi. Polis vəhşiliyinə qarşı hərəkətlər ölkənin hüdudlarından kənarda da baş verdi: Vyana, London, Afina və digər şəhərlərdə. Meksikada etirazçılar bir polisə, həmçinin iki patrul avtomobilinə atəş açıblar.

Məlumata görə, insidentə səbəb olan 2 polis əməkdaşı işindən uzaqlaşdırılıb.

S.Xankişiyeva

 

 

Paylaş:
1007

Son xəbərlər

Bakıda körpə pəncərədən düşərək ölübBu gün, 13:59AFFA “Qarabağ” klubunu cərimələyibBu gün, 13:51İlham Əliyevin Berlində Almaniyanın Kansleri Olaf Şolts ilə təkbətək görüşü başlayıbBu gün, 13:41Bu il martın sonuna manatın real effektiv məzənnəsi azalıbBu gün, 13:32İlham Əliyev “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib - FOTO - YENİLƏNİBBu gün, 13:26Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi fəaliyyətini dayandırdı - FOTO - YENİLƏNİBBu gün, 13:13“SABAH.incubation” “Green Hackathon” tədbirini uğurla tamamladı - FOTOBu gün, 13:08Azərbaycanda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcəkBu gün, 13:02Şənbə gününün havası açıqlandı: 32 dərəcə isti olacaqBu gün, 12:47“Bizim yaşıl gündəliyimiz COP-dan əvvəl də inkişaf edirdi”Bu gün, 12:42Azərbaycan Prezidenti: Biz təkcə COP29-u yaxşı təşkil etməli deyilik, eyni zamanda, yaxşı nəticələr əldə etməliyikBu gün, 12:26XİN: Avropa Parlamentinin qətnaməsi əsassızdırBu gün, 12:19İlham Əliyev: COP29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycan fəal hazırlıq prosesindədirBu gün, 12:07Şirvanda narkotikə görə 6 nəfər saxlanıldıBu gün, 12:02Kamaləddin Qafarov: “Azərbaycan-Rusiya əlaqələri sürətlə inkişaf etdirilir”Bu gün, 11:52Bakıda velosipedlər üçün əlavə bölmə olan svetoforlar quraşdırılıb - FOTOBu gün, 11:45COP29-un rəhbər heyəti ispaniyalı nazir ilə görüşübBu gün, 11:32NİİM-dən sürücülərə və piyadalara müraciətBu gün, 11:15Qəbiristanlıqda yaradılan dəm-dəsgah - Bunun İslam dini ilə əlaqəsi varmı? - ŞƏRHBu gün, 11:12Bakıda evdə meyit tapılıbBu gün, 10:44
Bütün xəbərlər