İsrail-İran qarşıdurması səkkizinci günündə davam edir: qarşılıqlı raket hücumları həyata keçirilib | 1news.az | Xəbərlər
Dünya

İsrail-İran qarşıdurması səkkizinci günündə davam edir: qarşılıqlı raket hücumları həyata keçirilib

Qafar Ağayev09:35 - Bu gün
İsrail-İran qarşıdurması səkkizinci günündə davam edir: qarşılıqlı raket hücumları həyata keçirilib

İsrail və İran arasında toqquşmalar səkkizinci günündə də davam edir və qarşılıqlı hücumlar ard-arda baş verir.

1news.az xarici KİV-lərə istinadən xəbər verir ki, İsrail gecə saatlarında 60-dan çox qırıcı təyyarə ilə İranın hərbi sənaye obyektlərinə hücum təşkil edib.

İran isə İsrailin cənubunda yerləşən Beerşeva şəhərini raket atəşinə tutub. İranın hücumu zamanı Nevatim Hava Bazası və kibertəhlükəsizlik mərkəzi vurulub. İsrail ordusu Beerşeva şəhərinə düşən raketləri qarşısını ala bilmədiklərini etiraf edib. ABŞ rəsmisi isə bildirib ki, son 24 saat ərzində İrana məxsus ballistik raket hücumlarına qarşı İsrailin hava hücumundan müdafiə sistemi olan "Dəmir Qübbə"nin uğur göstəricisi cəmi 65 faiz təşkil edib.

Paylaş:
144

Son xəbərlər

Bütün xəbərlər