Rusiyanın Dnipro şəhərinə raket hücumu: 7 ölü, 70 yaralı | 1news.az | Xəbərlər
Dünya

Rusiyanın Dnipro şəhərinə raket hücumu: 7 ölü, 70 yaralı

Qafar Ağayev17:06 - Bu gün
Rusiyanın Dnipro şəhərinə raket hücumu: 7 ölü, 70 yaralı

Rusiyanın Ukraynanın Dnipro şəhərinə raket zərbəsi endirdiyi bildirilib.

1news.az xarici KİV-lərə istinadən xəbər verir ki, ilkin məlumatlara görə, hücum nəticəsində azı 7 nəfər həlak olub, 70 nəfər yaralanıb. Yaralılar arasında 10 uşaq da var.

Bu barədə Dnipropetrovsk vilayətinin hərbi administrasiyasının rəhbəri Serhiy Lisak Telegram hesabında paylaşım edib. O bildirib ki, raket zərbəsi nəticəsində xeyli sayda mülki şəxsə zərər dəyib: “Təəssüf ki, bu rəqəmlər hələ də dəqiqləşdirilir. Zərərçəkənlərin sayı artır. Ancaq daha faciəvi nəticələr də ola bilərdi.”

Ukraynanın xarici işlər naziri Andrey Sibiqa isə X sosial şəbəkəsində etdiyi paylaşımda hücuma sərt reaksiya verib. O qeyd edib ki, hücum nəticəsində adi bir sərnişin qatarı və bir sıra mülki infrastruktur obyektləri, o cümlədən məktəblər, uşaq bağçaları, xəstəxana və klinika zədələnib.

Sibiqa beynəlxalq ictimaiyyəti və NATO müttəfiqlərini Rusiyaya təzyiqləri artırmağa çağırıb: “Liderlər NATO sammiti üçün Haaqada toplaşarkən, Rusiya terrora və sülhü inkar etməyə davam etdiyini nümayiş etdirir. Moskvanın üzərinə təzyiqlərin artırılması artıq etibarlılıq məsələsidir”.

Paylaş:
79

Son xəbərlər

Bütün xəbərlər