Avtomobildən 23 ədəd mobil telefon aşkar edilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Avtomobildən 23 ədəd mobil telefon aşkar edilib

16:40 - 02 / 06 / 2017
Avtomobildən 23 ədəd mobil telefon aşkar edilib

Qanunsuz yolla ölkəyə xeyli miqdarda mobil telefon keçirmək istəyən şəxs saxlanılıb.

1news.az-ın Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında “Sınıq Körpü” gömrük postunun idxal nəzarəti zonasında Gürcüstandan Azərbaycana gələn Azərbaycan vətəndaşının idarə etdiyi “Mersedes Benz C280” markalı nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.

Yoxlama zamanı avtomobilin yük yerində xüsusi düzəldilən gizli saxlanc yerindən 13 ədəd “Samsung Galaxy J1 mini prime” və 10 ədəd “Samsung Galaxsy J1” markalı mobil telefonar, 8 ədəd qidalandırıcı başlıq, 6 ədəd qulaqcıq, 6 ədəd USB kabel və 6 ədəd qidalandırıcı cihaz aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Babək Cahandarov

Paylaş:
590

Son xəbərlər

Bütün xəbərlər