Bakıda “Adriano Çelentano Açıq Hava Film Festivalı” başlayır | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda “Adriano Çelentano Açıq Hava Film Festivalı” başlayır

12:22 - 06 / 09 / 2018
Bakıda “Adriano Çelentano Açıq Hava Film Festivalı” başlayır

9-13 sentyabr tarixlərində Bakıda Adriano Çelentanonun  80 illik yubileyinə həsr olunan  “Adriano Çelentano Açıq hava Film Festivalı” keçiriləcək.

1news.az xəbər verir ki, İtaliya səfirliyi tərəfindən təşkil edilən festivalda Adriano Celentanonun çəkildiyi ən məşhur və sevilən filmləri təqdim olunacaq. Bunlar  “Blef”, “Dəlicəsinə aşiq olan”, “Tuz”,  “İnadkarın ram edilməsi”, “Məxmər əllər” filmləridir.

Aktyor, müğənni, bəstəkar, rejissor və şoumen kimi tanınan Adriano Çelentano 1938-ci ildə Milanda doğulub.

Uzun və müvəffəqiyyətli karyerası zamanı ümumi tirajı 200 milyon nüsxədə olan 40 albom buraxıb və bu da real rekorddur.

Gənc Çelentano film sənayesində karyerasına Federiko Fellininin 1960-ci ilin filmi “Dolce Vita”-da rok müğənnisi rolunda başlayıb. O, 1969-cu ildə Pietro Cerminin “Serafino” filmində  baş rolda oynayaraq böyük ekranda müvəffəqiyyətlə yol açdı.

Bir aktyor olaraq Çelentano əksəriyyəti komediya olmaqla, təxminən 40 filmdə çəkilib.

Filmlərin nümayişləri açıq havada “Landmark Rotunda Roof Garden”-nin ətrafında keçiriləcək. Film rus subtitrləri ilə orijinal dildə olacaq.

Giriş pulsuzdur.

P.Sultanova

Paylaş:
1777

Son xəbərlər

Bütün xəbərlər