Bakıda Meksikanın Müstəqillik Günü qeyd edilib | 1news.az | Xəbərlər
Siyasət

Bakıda Meksikanın Müstəqillik Günü qeyd edilib

21:00 - 13 / 09 / 2019
Bakıda Meksikanın Müstəqillik Günü qeyd edilib

Bakıda Meksikanın Azərbaycandakı səfirliyi milli bayram – Müstəqillik Günü ilə əlaqədar rəsmi qəbul təşkil edib.

1news.az xəbər verir ki, tədbirdə hökumət rəsmiləri, millət vəkilləri, səfirlər, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Səfir Rodriqo Labardini çıxışında ölkəsinin müstəqillik tarixindən söz açıb. Azərbaycanla əlaqələrə toxunan diplomat deyib ki, diplomatik nümayəndəliyin fəaliyyəti boyu ticarət 10 dəfədən çox artaraq 2018-ci ildə 26 milyon dollardan çox olub. İkitərəfli turizmdə əhəmiyyətli artım qeydə alınıb. Meksikadan Azərbaycana turist axını 9%, Azərbaycandan Meksikaya turist axını isə 20% artıb. Həmçinin, diqqətə çatdırılıb ki, yalnız 2017-2018-ci illər ərzində Meksikadan Azərbaycana ixracın həcmi 35,74%, Azərbaycanın Meksikaya ixracı isə 12,44% çoxalıb. Hazırda, Azərbaycanın kənd təsərrüfatı, qida, sənaye, neft və avtomobil sektorlarında Meksika məhsulları iştirak edir.

Meksika və Azərbaycan energetika sahəsindəki rolundan başqa, mühüm ticarət, nəqliyyat və tranzit mərkəzləri quraraq, müvafiq regionların vacib iştirakçılarına çevrilib. Coğrafi məsafə ikitərəfli əməkdaşlığa əngəl yaratmır. Əksinə, bir çox sektorlarda əməkdaşlıq etmək üçün imkanların geniş spektrini göstərir: neft və qaz, ticarət, turizm, mədəniyyət, idman və s. Beləliklə, qarşılıqlı tanıtım və yaxınlaşma effektiv işbirliyi və dayanıqlı inkişafı mümkün edir.

Qeyd edilib ki, Meksika ilə Azərbaycan arasında diplomatik münasibətlər 10 fevral 1992 il tarixində qurulub. Azərbaycanın Latın Amerikasında ilk səfirliyi 2007-ci ildə Meksikada açılıb  və yeddi il sonra, 2014-cü ildə Meksika Qafqaz regionunda ilk səfirliyini məhz Azərbaycanda açıb.

Azərbaycan hökuməti adından çıxış edən Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Fərid Abdinbəyov Meksika xalqını bayram münasibətilə təbrik edib.  O deyib ki, Meksika 1991-ci ilin dekabrında Azərbaycanın müstəqilliyini tanıyıb, 1992-ci ilin yanvarında ölkələrimiz arasında diplomatik münasibətlər qurulub. Həmin vaxtdan bəri ölkələr arasında əlaqələr sürətlə inkişaf edir və bir çox sahələrdə əməkdaşlıq genişlənib. 

F.Abdinbəyov deyib ki, Azərbaycan və Meksika arasında iqtisadi, ticari, mədəni əlaqələrin gələcək inkişafı üçün böyük potensial mövcuddur. Diplomat əlavə edib ki, rəsmi Bakı Meksikanın Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin suverenlik, ərazi bütövlüyü, BMT-nin TŞ-nın qətnamələri ilə təsdiqlənən Azərbaycanın beynəlxalq səviyyədə tanınan sərhədlərinin toxunulmazlığı prinsipləri çərçivəsində həllinə verdiyi dəstəyi yüksək qiymətləndirir.

P.Sultanova

 

 

 

Paylaş:
648

Son xəbərlər

Cavanşir Məmmədov vəfat etdiBu gün, 13:04Zakir Həsənov Qarabağdan çıxan Rusiya sülhməramlılarına lazımi texniki dəstəyin göstərilməsi tapşırığını veribBu gün, 13:03Beynəlxalq axtarışda olan daha bir şəxs Azərbaycana ekstradisiya edilibBu gün, 12:45FHN Lənkəranda qanunsuz tikililəri sökübBu gün, 12:40Sabunçuda 34 yaşlı kişi qətl edilibBu gün, 12:14“Həmin gün...” musiqili-poeziya gecəsində - FOTOBu gün, 12:00Sabah hava necə olacaq? - PROQNOZBu gün, 11:53Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləriBu gün, 11:40Bakıda oğlan sevgilisini qısqanclıq zəminində qətlə yetirib - YENİLƏNİBBu gün, 11:22Azərbaycan neftinin qiyməti 89 dollara çatıbBu gün, 11:10Kamaləddin Qafarov: “Şirvan suvarma kanalının yenidən qurulması aqrar sektoru inkişaf etdirəcək”Bu gün, 10:55Azərbaycan BMT ilə COP29 çərçivəsində “yaşıl enerji” keçidi və iqlim dəyişikliklərinə qarşı mübarizə istiqamətində müzakirələr aparıbBu gün, 10:43Xankəndidə tapança, avtomat və qumbaralar tapılıbBu gün, 10:36Göygöldə idarəetməni itirən sürücü piyadanı vuraraq öldürübBu gün, 10:32Bəzi ərazilərdə şimşək çaxıb, leysan yağıb - FAKTİKİ HAVABu gün, 10:07ABŞ dövlət katibi Azərbaycanın kəndlərinin qaytarılmasını alqışlayıbBu gün, 09:58Qərbi Azərbaycan İcması: G7-nin açıq-aşkar ayrı-seçkiliyə yol verməsi insan hüquqlarına ziddir19 / 04 / 2024, 21:01"Uğur yolu" karyera inkişafı proqramının final mərhələsi keçirilib - FOTO19 / 04 / 2024, 19:10Aydın İdarəçi və Sənayeçi İş adamları Dərnəyi MÜSİAD Azərbaycanı ziyarət edib - FOTO19 / 04 / 2024, 19:00Bu ilin I rübündə törədilən cinayətlərin 85 faizi açılıb19 / 04 / 2024, 17:53
Bütün xəbərlər