1news.az

Bu gündən Heydər Əliyev prospektində sürət həddi 110 km/saat-a endirilib

17 Yanvar saat 09:45 ~ 1 dəqiqəlik oxu 544
Bu gündən Heydər Əliyev prospektində sürət həddi 110 km/saat-a endirilib

Bu gündən Heydər Əliyev prospektində (metronun "Koroğlu" stansiyasından Mərdəkan şossesinə qədər) yol hərəkəti təhlükəsizliyi səviyyəsinin artırılması məqsədilə sürət həddi (ilk iki hərəkət zolağında) 110 km/saat-a endirilib. 

APA-nın xəbərinə görə, bununla əlaqədar, digər hərəkət zolaqlarında da sürət hədləri müvafiq olaraq tənzimlənir.

Xatırladaq ki, Bakı Nəqliyyat Agentliyinin bununla bağlı Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasına ünvanladığı müraciətə aidiyyəti qurumlar tərəfindən müsbət rəy verilib. Rəyə əsasən, 17.01.2020-ci il tarixində sürət hədlərinin endirilməsi təmin olunmalı, buna qədər zəruri texniki məsələlər həll edilməlidir.

S.Xankişiyeva

 

OXUCULARIN SEÇİMİ
REDAKSİYANIN SEÇİMİ
Cəmiyyət BÖLMƏSİNDƏN DİQƏR XƏBƏRLƏR

SON XƏBƏRLƏR

yuxarı
Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır.

© Copyright 2007-2020 "The First News" İnformasiya Agentliyi,,
Bütün hüquqlar qorunur
entonee.net