Afra Saraçoğlu saxlanılma qərarından sonra ilk dəfə danışdı - YENİLƏNİB | 1news.az | Xəbərlər
Dünya

Afra Saraçoğlu saxlanılma qərarından sonra ilk dəfə danışdı - YENİLƏNİB

First News Media14:33 - Bu gün
Afra Saraçoğlu saxlanılma qərarından sonra ilk dəfə danışdı - YENİLƏNİB

Məşhurlara qarşı aparılan narkotik araşdırması çərçivəsində barəsində saxlanılma qərarı verilən Afra Saraçoğludan açıqlama gəlib. Xaricdə olduğunu bildirən Saraçoğlu ən qısa zamanda Türkiyəyə qayıdaraq ifadə verəcəyini deyib.

1news.az xəbər verir ki, Saraçoğlu sosial şəbəkə hesabında yayılan iddialara cavab verərək hazırda xaricdə olduğunu bildirib.

O, paylaşımında bunları qeyd edib:

“Çox əvvəlcədən planlaşdırılmış iş səfərimlə əlaqədar hazırda Türkiyədə deyiləm. Ədalətin təmin olunması və prosesin ən düzgün şəkildə davam etməsi üçün ən qısa zamanda ölkəmə qayıdaraq ifadə verəcəyəm. Ürəyim rahatdır, hər şeyin aydınlığa qovuşacağına tam inanıram”.

 

12:19

Türkiyədə narkotik əməliyyatı zamanı Afra Saraçoğlu və Melisa Şenolsun da saxlanılıb

1news.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Bakırköy Baş Prokurorluğunun məşhurlara qarşı apardığı narkotik araşdırması çərçivəsində 18 nəfər saxlanılıb.

Saxlanılanlar arasında Afra Saraçoğlu, Melisa Şenolsun, Aras Bulut İynemli, Melis Sezen, Nilperi Şahinkaya, Melis İşiten, Yeliz Yeşilçimen və reper Sefo da var.

Bakırköy Baş Prokurorluğunun araşdırma ilə bağlı açıqlamasında bildirilib ki, cəmiyyətin sağlamlığı və təhlükəsizliyinə təhdid yaradan narkotik maddələrlə mübarizə çərçivəsində aparılan istintaq zamanı ictimaiyyətə aktyor, müğənni, iş adamı, sahibkar və sosial media fenomeni kimi tanınan şübhəlilərin narkotik və psixotrop maddələrdən istifadə etdiyi, narkotik maddələrin istifadəsini asanlaşdırdığı və ya bunun üçün məkan təmin etdiyi barədə əsaslı şübhəni təsdiqləyən dəlillər əldə olunub.

Açıqlamada qeyd edilib ki, 18 sentyabr 2026-cı il tarixində İstanbul İl Jandarma Komandanlığına 18 şübhəlinin saxlanılması, onların evlərində axtarış aparılması, bioloji nümunələrinin götürülməsi və ifadələrinin alınmasından sonra Baş Prokurorluğa gətirilməsi ilə bağlı göstəriş verilib.

Paylaş:
205

Son xəbərlər

Bütün xəbərlər