Bakının bu ərazilərində qaz olmayacaq – SİYAHI | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakının bu ərazilərində qaz olmayacaq – SİYAHI

1news Redaksiyası11:40 - 18 / 09 / 2026
Bakının bu ərazilərində qaz olmayacaq – SİYAHI

“Hövsan-Digah” magistral qaz kəmərində aşkar olunmuş qaz sızmasının aradan qaldırılması ilə əlaqədar sentyabrın 18-də saat 10:00-dan işlər yekunlaşanadək Bakının bir sıra ərazilərində qaz təchizatında qısamüddətli fasilə yaranacaq.

Bu barədə 1news.az-a “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Bildirilib ki, fasilə Xətai rayonunun M.Hadi və A.Rəhimov küçələrini, Əhmədli qəsəbəsində 1-ci və 5-ci Rezervuar küçələrini, Babək prospektini, həmçinin Sabunçu rayonunun Balaxanı qəsəbəsində bir sıra küçələri və Fazenda yaşayış massivini əhatə edəcək.

Paylaş:
359

Son xəbərlər

Bütün xəbərlər